Əkiz bacısını öldürdü: Sevgilisinə görə...

OXUNUB: 781 DÜNYA

Anastasiya və Aleksandra Dyuval bacıları Havayın Maui adasında qəzaya düşüblər.

 Hadisə zamanı Anastasiya həlak olub.

Polis əvvəlcə bunu bədbəxt hadisə kimi qeydə alıb. Ancaq Anastasiyanın əkiz bacısı olan Aleksandranın hərəkətləri araşdırma başlanmasına səbəb olub.

Məlum olub ki, Aleksandra bacısının sevgilisinə vurulub. Bunu hiss edən Anastasiya bacısı ilə mübahisə edib və avtomobili sürərkən qəza törədib.

Qəzadan sonra Aleksandra bacısının sevgilisinə eşqini etiraf edib. O, Anastasiyanın geyimlərindən, aksesuarlarından istifadə etməklə oğlanın diqqətini özünə cəlb etməyə çalışıb.

Polis Aleksandranı həbs edib. Onun yaxın günlərdə hakim qarşısına çıxarılacağı bildirilib./teleqraf.com

 

 

İcmal.Az

RƏYLƏR