Əkizlər Damla ilə konsert verməkdən imtina etdi – VİDEO

OXUNUB: 685 ŞOU-BİZNES

ATV-nin "qara siyahı”sından çıxan müğənnilər Sevil və Sevinc Səfərovalar "ATV maqazin onlarla” verilişinə açıqlama verib.

İcmal.Az xəbər verir ki, əkizlər müğənni Damla ilə küsülülüklərindən danışıblar:

"Biz çox fərqliyik. İstəmirik bizim yolumuzu onunla bir tutsunlar. Onun dünyası ayrıdır, bizimki ayrı... O, etdiklərini biz, biz etdiyimizi o edə bilməz”.

Onlar  Damla ilə eyni səhnəyə çıxmaqdan imtina etmələrini də təsdiqləyiblər:

"Məkan olaraq restoran zəng edir ki, sizə konsert etmək istəyirik. Filankəslər də olacaq... Deyirik ki, filankəs olsun, amma biz olmayacağıq. O, şəxslər min istəyirsə, biz 10 min istəyirik. Buna gücünüz çatmayacaq.

Edəcəksinizsə, solo konsert edin. Bu şərtləri onları bəyənmədiyimiz üçün yox, gördüyümüz işə hörmətlə yanaşmaq üçün qoyuruq. "Filankəslər olacaqsa, biz olmayacağıq” demək qudurğanlıq deyil. 

Damla inciyirsə, özü bilər. Özünə başa salmışıq ki, bunu pis başa düşmə. Hansısa 20 minə "yox” demişiksə, özümüzü daha yüksək səviyyədə görmək istədiyimiz üçündür. Hamıya hörmətlə yanaşırıq. Sən də bizim kimi olmaq istəyirsənsə, bu cür et. İldə 50 min az qazanacaqsan, amma yaxşı yerdə olacaqsan”.

İcmal.Az

RƏYLƏR