Ekspert: "Anna Akopyan bu fotolarda əsl erməni xislətini təsvir etdi"

OXUNUB: 1199 SİYASƏT
Emənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan hər gün yeni bir cildə girir. Riyakarlığı və məkri, yalançılığı ilə heç də avantürist ərindən geri qalmayan A.Akopyanın erməni KİV-ində əlisilahlı görüntüləri yayılıb.

Məlum fotoların əsl erməni xislətindən xəbər verdiyini deyən internet-media ekspert Səbuhi Abbasov bu görüngtülərin şou olduğunu dedi: "Fotolardan açıq görünür ki, A.Akopyan və onun 15 rəfiqəsi Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ zonasında yerləşən hissələrindən birində döyüş hazırlığı keçib. "Qadınlar sülh uğrunda hərəkatı” yaratmaq iddiasını dəfələrlə ortaya qoyan və təxminən ay yarım əvvəl Azərbaycan qadınlarına, analarına müraciət edərək "sülh” istədiyini deyən Akopyan indi də əlindəki silahı bizə tuşlayıb. Məlum görüntülərə erməni ictimayyətinin münasibəti birmənalı olmayıb. Bir çox ekspertlər Anna Akopyanın bu addımını siyasi səriştəsizlik kimi dəyərləndiriblər. Doğrusu, Tovuz hadisələrindən sonra dayanması üçün Azərbaycana yalvaran erməni iqtidarı, bu foto şoudan sonra heç bir güzəşt görməyəklər. Ermənistanın bir yolu var: İşğal olunmuş torpaqlar geri qayıtmalıdır."
 

<!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_200905_181830_100.sdoc -->

RƏYLƏR