Azərbaycan prezidenti İlham Əliyev Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
İCMAL.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, general-polkovnik Elçin İsağa oğlu Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, prezident "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” fərmanda dəyişikliklər edib. Həmin dəyişikliklərə görə, fərmanın 15-ci bənddən "- Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılıb.
Bu vaxta qədər E. Quliyevin rəsmi vəzifəsi "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı” şəklində idi.