“Elədiyin bütün naqisliklərə görə cavab verəcəksən!”- Deputatdan AXCP sədrinə sərt sözlər...

OXUNUB: 27 GÜNDƏM Özəl SİYASƏT

Dünən Əli Kərimli və Qənimət Zahid tandeminin ərsəyə gətirdiyi verilişə baxdım. 

Yenə hər zamanki iftiralar, özündənmüştəbehlik, rabitəsiz fikirlər, hətərəm-pətərəm danışıqlar və sair, ilaxır...

Adam həqiqətən, ciddi psixoz yaşayır. Çox ciddi! Və şizofren həddə çatan panikasının da əsas səbəbi odur ki, artıq yolun sonuna gəldiyini anlayır. Artıq fərqindədir ki, özünü günbəgün daha da "yandırır”, daha da rəzil günə salır, daha da ifşa edir və...bundan o tərəfəsi yoxdur. 

Kərimli deyir ki, Praqadakı video-çıxışıma görə hakimiyyət məni hədəfə alıb...

Hansı çıxışa görə?! Montaj edib, camaata sırımaq istədiyin çıxışa görəmi? Bütün mətnini – xaricdəki xüsusi xidmət orqanlarının tezisi əsasında yazdığın çıxışa görəmi?  Sayəsində - növbəti dəfə rüsvay olduğun çıxışa görəmi? 

Ay bədbəxt!

İnan, sən bu hakimiyyətin yadına belə düşmürsən. 

Amma bax özün, yada düşmək üçün dəridən - qabıqdan çıxırsan!  

Buynuzunu ora - bura sürtərək. Hər riyakarlığın, hər cinayətin içindən boylanaraq!

Böhtanları, yalanları, hədyanları bir - birinin ardınca sıralayaraq!

Ayrıca;  

Azərbaycanın əleyhinə kim nə iş çevirirsə və ya çevirməyə cəhd edirsə - ona ilk dəstək verən, onun gövdəsindən ilk yapışan sən olursan.

Pozuculuq, qarşıdurma, fitnə və anti - millilik adına nə varsa, onun düsturunu, istifadə qaydasını təcrübədən ilk keçirən sən olursan.

Amma hara qədər? 

Mümkündürmü, belə davam? Mümkündürmü, hədsizliyin, yaramazlığın daim cəzasız qalmağı? - Əsla!

Ona görə, cavab verəcəksən, Əli Kərimli!

Elədiyin bütün şərəfsizliklərə, naqisliklərə görə cavab verəcəksən!

Çünki, zaman artıq yetişib və...az öncə söylədiyim kimi: bundan o tərəfəsi yoxdur...

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

RƏYLƏR