“Əli Kərimli övladlarının təhsil haqqına 2 milyon manat ödəyib”

OXUNUB: 944 SİYASƏT
Bunu onun 25 il cangüdəni olmuş şəxs deyir. 

AXCP sədri Əli Kərimlinin bir nömrəli cangüdəni Kərim Mehdiyevin sensasion faktlar açıqlaması siyasi partiyalar tərəfindən də birmənalı qarşılanmayıb. Bununla bağlı mətbuata açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində Əli Kərimli haqqında zaman-zaman deyilənlər faktlardı və reallığa söykənir: " Kərim Mehdiyevi uzun müddətdir tanıyıram. Təxminən 25 ilə yaxındır ki, Əli Kərimlinin əsas cangüdəni kimi çalışıb. Kərim bəy Əli Kərimlinin İngiltərədə oxuyan övladlarının təhsil haqqının yüz minlərlə manat olduğu halda, ictimaiyyətə və yaxın silahdaşlarına yalan danışdığı faktını deyib. O, Kərimlinin saxtagarlıqda da qınayıb.  Kərimlinin övladlarının 5 illik təhsil haqqının 2 milyon manatdan artıq olduğunu yazıb. Bilirsiniz, indi texnologiya o qədər inkişaf edib ki, 5 dəqiqə ərzində İngiltərə unversitetlərinin illik xərclərinin nə qədər olduğunu görmək olur. Əli Kərimlinin utanmadan yalan danışmağı, yalandan yaxın dostlarna and içməyi də var. Onu tanıyanlar bunu  çox yaxşı bilir. Görünür, artıq Kərim bəy kimi insanlar onun bu cür yalanlarından iyrəniblər və bu səbəbdən də əsl həqiqəti ictimaiyyətə çatdırıblar. Son da bir faktı da diqqətinizə çatdırım. Əli Kərimli yeganə şəxsdir ki, kim onunla bir yerdə çalışıbsa, əməkdaşlıq edibsə, sonda, həmin adam Əli Kərimlinin xəyantgar, yalançı, pulgir, saxtakar cvə satqın olduğunu bəyan edib. Həqiqət budur ki, Kərimli Əbülfəz Elçibəyə, yaxın dostlarına, silahdaşlarına, qrup yoldaşlarına öz şəxsi maraqlar üçün hər zaman xəyanət edib. Odur ki, bir daha qeyd etmək istəyirəm ki, Əli Kərimli Azərbaycan ictimai-siyasi həyatına XƏYANƏTKAR simvolu kimi xarakterizə olunur. Bu onun alnına vurulmuş möhürdü!”
 
 
İcmal.Az

RƏYLƏR