Əlil sürücü jurnalist xanımın qarşısını kəsib təhqir etdi: "Protezimi soxaram..." - VİDEO

OXUNUB: 350 HADİSƏ

Xanım sürücü yolda üzləşdiyi xoşagəlməz hadisəni videoya çəkərək redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 14-ü, Sumqayıt şəhəri Heydər Əliyev prospektində Reportoyr saytının rəhbəri Arifə Əliyevanın başına gəlib. O bildirir ki, sözügedən prospektin sol zolağı ilə hərəkət edərkən, arxadan gələn 99-XU-202 qeydiyyat nişanlı "Hyundai” markalı avtomobilin sürücüsü ondan yol istəyib: "İşıq siqnallarını yandırıb-söndürdüyünə görə, mən sağa manevr edərək ona yol verdim. Bu zaman o, yanımdan keçərək mənə nalayiq söyüş söydü və "yol ver də” deyərək qərəzli hərəkətlər etməyə başladı. Daha sonra qarşıdakı svetoforda dayanan zaman maşından düşərək üstümə hücum etdi. Mən şüşələri və qapıları bağlayaraq hadisəni videoya çəkməyə başladım. Heç nə edə bilməyəcəyini görəndən sonra isə protez ayağını göstərərək nalayiq ifadələr işlətməyə davam etdi”.

Xoşagəlməz hadisəni yaşayan Arifə Əliyeva Daxili İşlər Nazirliyindən həmin sürücünün cəzalandırılmasını xahiş edir.

7News.Az

RƏYLƏR