Elmar Məmmədyarov İsveçə rəsmi səfərə gedib

OXUNUB: 797 SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfərə gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Azərbaycan XİN başçısının səfəri noyabrın 7-dək davam edəcək. 

Qeyd edək ki, İsveç Kralığının xarici işlər naziri Marqot Vallström 2016-cı ilin fevralın 10-da Azərbaycanda səfərdə olub. 

 

İcmal.Az

RƏYLƏR