Elşən Musayev bu dairədən namizəd olacaq

OXUNUB: 1399 SOSİAL
VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev namizədliyini irəli sürəcəyi seçki dairəsini dəqiqləşdirib.

 

Modern.az-a açıqlamasında deputat Elşən Musayev bildirib ki, o,116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq.

 

"Bəli, hansı dairədən namizədliyimi verməyimlə bağlı qərarımı dəqiqləşdirdim. Həmin dairə 116 saylı Qəbələ seçki dairəsi olacaq",- Elşən Musayev vurğulayıb.

 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 116 saylı Qəbələ seçki dairəsindən namizədi Ədilə Tağıyevadır.

RƏYLƏR