Əməliyyat zamanı futbola baxdı - Araşdırma başladı + Video

OXUNUB: 722 MARAQLI

Çilidə xəstəxanalardan birində həkimlər cərrahiyyə əməliyyat zamanı Çili - Portuqaliya oyununa baxıblar.

Artıq insidentlə bağlı araşdırma başlanılıb. Xəstəxana rəhbərliyi baş verənləri xoşagəlməz hal kimi qiymətləndirərək müvafiq ölçü götürüləcəyini bildirib.

Bundan əvvəl sosial mediada həkimlərin əməliyyat zamanı futbola baxdıqlarını əks etdirən kadrlar yayılıb.

Qeyd edək ki, Konfederasiya Kubokunun yarımfinal oyununda Çili penaltilərdə Portuqaliyaya qalib gələrək finala çıxıb./qafqazinfo

 İcmal.Az


 

RƏYLƏR