Emin Ağalarovun Bakıdakı şirkətləri - CƏRİMƏLƏNİR

OXUNUB: 674 İQTİSADİYYAT
Azərbaycan əsilli milyarder Araz Ağalarovun oğlu Emin Ağalarovun Bakıdakı iki şirkəti cərimələnir. Bununla bağlı cərimə protokolunu səlahiyyət sahibi olan Azərbaycan Mərkəzi Bankı tərtib edib Nəsimi Rayon Məhkəməsinə göndərib.


 İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iki şirkət – "Crocus” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Breeze” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib.

430.4-cü maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

"Breeze Hotel” MMC (Sea Breeze Hotel) 2010-cu ildə yaradılıb, Bakının Bilgəh qəsəbəsində dəniz kənarında yerləşən turizm kompleksidir. Hotelin qanuni təmsilçisi əsas səhmdarla qohumluq əlaqələri olan Cəmilə Ağalarova Teymur qızıdır. O, həmçinin "Breeze Hotel” MMC ilə eyni ünvan və eyni tarixdə təsis edilən "Crocus Trading” MMC-yə qanuni rəhbərlik edir./Banker.az

RƏYLƏR