Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulacaq. İCMAL.az-ın məlumatına görə, turun son 8 qarşılaşması ilə I dövrə başa çatacaq.
E, F, G və H qruplarında oyunlar keçiriləcək. E qrupunda "Genk” "Liverpul”u, "Zalsburq” "Napoli”ni qəbul edəcək.
F və G qruplarında liderləri səfər sınağı gözləyir. "Barselona” "Slaviya”nın, "Borussiya” "İnter”in qonağı olacaq. "Zenit”lə "Lion” isə müvafiq olaraq, "Leypsiq” və "Benfika”nın meydanında mübarizə aparacaq.
H qrupunda "Ayaks”la "Çelsi”nin görüşü maraqla gözlənilir. Digər matçda isə "Lill” və "Valensiya” üz-üzə gələcək.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 22-də keçirilib.
Çempionlar Liqası
		Qrup mərhələsi
		III tur
		23 oktyabr
E qrupu
	23:00. "Genk” (Belçika) - "Liverpul” (İngiltərə)
	23:00. "Zalsburq” (Avstriya) – "Napoli” (İtaliya)
| 1 | Napoli | 2 | 1 | 1 | 0 | 2-0 | 4 | 
| 2 | Liverpul | 2 | 1 | 0 | 1 | 4-5 | 3 | 
| 3 | Zalsburq | 2 | 1 | 0 | 1 | 9-6 | 3 | 
| 4 | Genk | 2 | 0 | 1 | 1 | 2-6 | 1 | 
F qrupu 
	23:00. "Slaviya” (Çexiya) - "Barselona” (İspaniya)  
	23:00. "İnter” (İtaliya) – "Borussiya” (D, Almaniya)
| 1 | Borussiya | 2 | 1 | 1 | 0 | 2-0 | 4 | 
| 2 | Barselona | 2 | 1 | 1 | 0 | 2-1 | 4 | 
| 3 | İnter | 2 | 0 | 1 | 1 | 2-3 | 1 | 
| 4 | Slaviya | 2 | 0 | 1 | 1 | 1-3 | 1 | 
G qrupu
	20:55. "Leypsiq” (Almaniya) – "Zenit” (Rusiya)
	23:00. "Benfika” (Portuqaliya) - "Lion” (Fransa)
| 1 | Zenit | 2 | 1 | 1 | 0 | 4-2 | 4 | 
| 2 | Lion | 2 | 1 | 1 | 0 | 3-1 | 4 | 
| 3 | Leypsiq | 2 | 1 | 0 | 1 | 2-3 | 3 | 
| 4 | Benfika | 2 | 0 | 0 | 2 | 2-5 | 0 | 
H qrupu
	20:55. "Ayaks” (Hollandiya) – "Çelsi” (İngiltərə)
	23:00. "Lill” (Fransa) – "Valensiya” (İspaniya)
| 1 | Ayaks | 2 | 2 | 0 | 0 | 6-0 | 6 | 
| 2 | Valensiya | 2 | 1 | 0 | 1 | 1-3 | 3 | 
| 3 | Çelsi | 2 | 1 | 0 | 1 | 2-2 | 3 | 
| 4 | Lill | 2 | 0 | 0 | 2 | 1-5 | 0 | 
 
			 
				

























 
				 
				