Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
İCMAL.az-ın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.
Bunlar Paulo Dibala ("Yuventus”), Aleks Oksleyd-Çemberlen ("Yuventus”), Kilian Mbappe (PSJ) və Rahim Sterlinqdir ("Mançester Siti”). 
Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı oktyabrın 25-də açıqlanacaq.
			  
					
					
					
			 
			
			 
			 
				

























 
				 
				