Ən böyük günəş saatının açılışı olacaq

OXUNUB: 504 MARAQLI

Çexiyanın Plzen vilayətinin şimalında - Bezverov qəsəbəsində yaz gecə-gündüz bərabərliyi günündə (bu il marın 21-nə təsadüf edir) Çexiyada və bəlkə də bütün dünyada ən böyük günəş saatının açılışı olacaq.

İcmal.Az AZƏRTAC-a istinadən bildirir ki, düz üfüqi səthdə inşa edilən və kölgə salan uca şaquli tikili - günəş saatı qismində Kraşov ötürücüsünün qülləsindən istifadə olunacaq.

 

Unikal saatın yaradılmasında Bezverov qəsəbəsi ilə yanaşı, Çexiya Astronomiya Cəmiyyətinin (ČAS) yerli filialı iştirak edib. Cəmiyyətin nümayəndəsi Radka Jakova bildirib ki, 1979-1981-ci illərdə inşa edilmiş və Çexiyada sərbəst duran ikinci ən uca tikili olan Kraşov ötürücüsünün hündürlüyü 340 metrdən çoxdur. Yəni Kraşov qülləsi hətta Eyfel qülləsindən də ucadır.

İcmal.Az

RƏYLƏR