İngiltərənin Dorset qraflığında, La-Manş boğazının sahilindəki qayalıqda adrenalin və məcara axtaranlar üçün unikal "gecələmə imkanı" təklif olunur.
İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, 35 yaşlı alpinist Eddi Yanq potensial müştərilərə 26 metr yüksəlikdəki sıldırım qayanın divarına bərkidilmiş kanatlardan asılı "yataq" təklif edir.
Belə şişirmə yataqda bir gecə keçirməyin qiyməti 450 funt-sterlinqdir.
Hələlik yalnız 6 nəfər dənizdən 23 metr yüksəkdə, qayadan asılmış yataqda gecələyib.
İcmal.Az




























