Əqli qüsurlu iki bacı ilə cinsi münasibətdə oldu - Videoları isə GÖRÜN KİMƏ GÖNDƏRDİ göndərdi

OXUNUB: 932 SOSİAL

Türkiyədə bir inşaatda dəmirçi olaraq çalışan 20 yaşlı H.D. əqli qüsurlu iki bacıya təcavüz edib.

 Konyada yaşayan M.K. ötən gün polis mərkəzinə gedərək əqli qüsurlu olan 19 yaşlı N.K. ilə 18 yaşlı bacısı M.K.-nın inşaatda çalışan qohumları tərəfindən cinsi istismara məruz qaldıqlarını bildirib. Həmin şəxs söyləyib ki, H.D. qızlarla cinsi münasibətin görüntülərini çəkib öz qardaşı A.A-ya və qızların dayısına göndərib.

Saxlanılan H.D. polisə verdiyi ifadəsində bildirib ki, iki bacı ilə toyda tanış olub və daha sonra telefonda danışmağa başlayıblar. O, əlavə edib ki, qısa müddət sonra hər iki bacı ilə sevgili olub: "Bacılarla 2 ay öncə toyda tanış oldum. İkisi ilə də sevgili oldum. İkisi ilə də telefonda görüntülü danışmağa başladım. N.D. ilə telefonda çılpaq şəkildə danışırdım. M.D. ilə 5 avqust günü axşam saatlarında adresini tam olaraq bilmədiyim bir evin zirzəmisində onun öz razılığı ilə cinsi münasibətdə olduq. Münasibətdə olduğumuz vaxt telefonla hər şeyi çəkdim. Daha sonra görüntüləri öz anama və qızların dayısına göndərdim".

 

H.D.-nin telefonunda aparılan yoxlama zamanı başqa qızlara aid də eyni tipli görüntülər tapılıb. Qurban bayramından sonra əsgərlik üçün Manisaya getməyə hazırlaşan və polisə qəsdən yaralama, təhdid kimi qanunpozuntularından 9 əməli olan H.D.-nin sorğusu hələlik davam edir./sonxeber.az

 

İcmal.Az

RƏYLƏR