Ərdoğan altı yaşlı qıza təntənəli dəfn mərasimi söz verdi – VİDEO

OXUNUB: 667 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kahramanmaraş şəhərində keçirilən partiya konfransında hərbi məktəbdə oxuyan altı yaşlı qızla söhbəti dünya mediasında geniş müzakirə mövzusuna çevrilib.

 Bu barədə "Türkiye Gazetesi” məlumat yayıb.

Ərdoğan şagirdə üz tutaraq, onun döyüşdə öləcəyi təqdirdə, qəhrəman kimi dəfn olunacağını bildirib. Həmin dialoqun videogörüntüsü qəzetin "YouTube” kanalında yayılıb.

"Baxın, burda kim var. Ay qız, sənin burada nə işin var. Burada qırmızı berelilər var, qırmızı berelilər heç vaxt ağlamaz”. 

Qırmızı berelilər dedikdə, Türkiyə lideri xüsusi təyinatlı qüvvələri nəzərdə tutub. Videoçarxda azyaşlı qızın gözlərindən yaş axdığını görmək olur.

"Onun cibində Türkiyə bayrağı var... O şəhid olsa, inşallah, bayrağa bürünəcək”, – deyə prezident bildirib. Daha sonra Türkiyə lideri uşaqdan ölkəsi uğrunda xidmət etməyə hazır olub-olmadığını soruşub. Qızcığaz hazır olduğunu bildirib və Ərdoğan onun yanağından öpüb./oxu

İcmal.Az

RƏYLƏR