Ərdoğan nikah şahidi olduğu cütlüyə “hə” demədi

OXUNUB: 612 DÜNYA

Dünən Türkiyədə Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolanın qızının toyunda maraqlı anlar yaşanıb.

İcmal.Az-ın xəbərinə görə, toya qatılanlar arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

O, ailə quran gənclərə - Esra Zolanla Abdullah Toka həm də nikah şahidliyi edib və bu zaman maraqlı məqam baş verib.

Belə ki, nikaha girən cütlüklər evliliklərinə "bəli” cavabı verdikdən sonra növbə nikah şahidi kimi növbə Ərdoğana çatıb və bu zaman, o, "bəli” sözünü işlətməkdən imtina edib.

O, "Mən "bəli” deməyəcəyəm, fərqli düşünürəm.

Yəni, mən "qəbul etdim” deyirəm və bunu ən düzgün yanaşma hesab edirəm.

Mən şahid oldum, Allah iki dünya saədəti versin, deyirəm”, - deyə səslənib və alqışlarla qarşılanıb.

İcmal.Az

RƏYLƏR