Ərdoğan terrorçulara və FETÖ-çülərə səsləndi

OXUNUB: 647 DÜNYA

Əgər biz öz PUA-larımızı istehsal etmiş olmasaydıq, bu gün Afrində, "Fərat Qalxanı” Hərəkatında vəziyyət başqa cür olardı.

İcmal.Az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyədə yaşayan qaraçıların (romanların - red.) bir qrupu ilə görüşündə dilə gətirib.

"Bu tədbirə gələrkən son rəqəmləri əldə etdim. Afrində məhv edilən terrorçuların sayı 4108-ə çatıb”, - deyən Ərdoğan FETÖ-yə qarşı mübarizədən danışıb:

"Biz sizlərlə birlikdə 16 saata FETÖ-nü devirdik.

Dünən Qabondan üç FETÖ-çünü tutub gətirdilər.

Daha öncə isə FETÖ-çüləri Kosovadan "paketləyib” gətirdilər.

Haraya istəyirlərsə, getsinlər, hamısını tapıb gətirəcəyik.

İqtisadiyyat üzərindən də bizim üstümüzə gəlirlər, bir daha bəyan edirəm:

Bacarmayacaqsınız!”

İcmal.Az

RƏYLƏR