Ərdoğandan Əsəd AÇIQLAMASI

OXUNUB: 582 DÜNYA

"Bəşər Əsəd dövlət terroru əsdirən terrorçudur”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunis səfəri zamanı həmkarı Beji Kaid əs-Sebsi ilə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə liderinin sözlərinə görə, Suriyada daha Bəşər Əsədlə yola davam etmək mümkün deyil.

"Bir milyona yaxın vətəndaşı öldürən Suriya prezidenti ilə gələcəyi necə quracağıq. Suriya xalqı ölkənin başında belə birini görmək istəyirmi? Əsəd dövlət terroru əsdirən bir terrorçudur”, - o bildirib.

Ərdoğan həmçinin BMT Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsinin vacib olduğunu qeyd edib:

"Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında heç bir müsəlman ölkəsi yoxdur. BMT Təhlükəsizlik Şurasında islahatları aparılmalıdır”./publika

İcmal.Az

RƏYLƏR