Ərdoğanla Putinin telefon danışığı baş tutub

OXUNUB: 680 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İcmal.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iki ölkənin prezidenti ikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son vəziyyəti müzakirə edib.

Türkiyə prezidenti Duma və Şərqi Qutada baş verənlərdən narahatlığını ifadə edib.

Telefon söhbətində dinc sakinlərin öldürülməsinin qarşısının alınması və humanitar yardımların çatdırılması sahəsində birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

İcmal.Az

RƏYLƏR