Ərinin məşuqəsini döydü, "yaxşı eləmişəm" dedi - VİDEO

OXUNUB: 1297 MARAQLI

"Bəli, o əxlaqsız qadını tutub döymüşəm. Yaxşı eləmişəm".

Avstraliyanın Sidney şəhərinin cənubundakı Benkstoun şəhər magistrat məhkəməsində Cemayma Marqay belə deyib.

Onun məhkəmə prosesi başa çatıb.

C.Marqay ərinin məşuqəsi olduğunu söylədiyi Mari Kamaranı döyməkdə, ona ağır xəsarətlər yetirməkdə və bu qadını qarət etməkdə suçlanıb.

C.Marqayın dediyinə görə, o, ərinin xəyanətindən şübhələnirdi.

"Həmin gün ərimi pusdum və gördüm ki, mən işə yollanandan sonra o, evə qadın çağırıb. Onları pusdum. Qadın 3 saat sonra evdən çıxanda onu həyətdə tutdum. Döydüm. Nə etməliydim ki?!" - 33 yaşlı C.Marqay söyləyib.

 

Mari Kamara ifadəsində C.Marqayın əri ilə təmasda olduğunu etiraf edib: "Hə, ona dedim ki, əri ilə yataqda olmuşam. Belədir, doğrudur. Yalan deməli deyildim. Amma o, məni döyməyə başladı. Başımdakı pariki qoparıb kənara atdı, sonra yumruqlamağa başladı. Məni döyəndən sonra çantamı, parikimi, iPhone telefonumu götürdü".

Məhkəmənin qərarı ilə C.Kamara 12 ay ictimai işlərə məhkum olunub./mill

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ərinin məşuqəsini döydü,

RƏYLƏR