Erməni separatçılarının əsas sponsorlarından biri ölüb

OXUNUB: 812 SİYASƏT

Dağlıq Qarabağda erməni separatçılarını dəstəkləyən və onlara maliyyə yardımı edən rusiyalı iş adamı Levon Ayrapetyan ölüb.

İcmal.Az-ın erməni KİV-ə istinadən məlumatına görə, milyarder oktyabrın 18-də 68 yaşında dünyasını dəyişib. 

Onun ölümünü qohumları da təsdiqləyiblər. L.Ayrapetyan Moskvada dəfn olunacaq. 

Qeyd edək ki, biznesmen 2016-cı ildə Moskvada dələduzluqda ittiham olunaraq, həbs edilmişdi, lakin səhhətində yaranan problemlərə görə bir müddət sonra azadlığa buraxılıb.

İcmal.Az

RƏYLƏR