Ermənilər Azərbaycanda istehsal olunan şərabı özlərinə təhqir hesab edirlər

OXUNUB: 532 İQTİSADİYYAT
7news.az xəbər verir ki, erməni teleqram kanalları ictimai rəyi çaşdırmaq üçün uydurma məlumatlar yaymaqda davam edir. Belə məlumatlardan birində qeyd olunur ki, Azərbaycanda Ermənistanı və ümumilikdə erməni xalqını alçaltmaq məqsədilə "Basarkeçər” markalı şərab istehsalına başlayıb. Ermənilər Vardenis rayonunun Basarkeçər adlandırılmasını, şərab şüşəsinin etiketində "Sevan” gölünün adının "Göyçə gölü” olaraq adlandırılmasını təhqir hesab edərək, Ermənistan hakimiyyətini Azərbaycanın addımlarına cavab verməməkdə günahlandırırlar.
P.S. "Erməni xəstəliyi”ndən qaynaqlanan hallüsinasiyalar davam edir. Qeyd olunan şərab markası Azərbaycanda 10 ilə yaxındır istehsal olunur. "Basarkeçər” qırmızı süfrə şərabı Moskvada keçirilən "PRODEXPO-2014” 21-ci beynəlxalq sərgidə "2014-cü ilin ən yaxşı məhsulu” diplomuna və qızıl medala layiq görülüb.
 
İcmal.Az
 
No description available.

RƏYLƏR