"Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə qarşısında işıqlı yol olmayacaq"

OXUNUB: 590 SİYASƏT

"Nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman qarşısında işıqlı yol olmayacaq".

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhəmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanda tənəzzül bu qarşıdurmalara gətirib çıxarıb: "Bu çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, Ermənistan xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq".

İcmal.Az

RƏYLƏR