Dünən saat 15:30 radələrində Ermənistanın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin anbarında müqaviləli hərbi qulluqçu, 1981-ci il təvəllüdlü gizir Melik Davit Xaçatryanın asılmış vəziyyətdə meyiti tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçatryanın intihar etdiyi məlum olub.
Hadisə yerində məktub aşkar edilib.
İntihar hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İcmal.Az