Ermənistanda kütləvi itaətsizlik aksiyaları keçiriləcək

OXUNUB: 591 DÜNYA

Ermənistanda kütləvi itaətsizlik aksiyaları keçiriləcək.

Bu barədə "News.am" "Miras" partiyasının sədri Armen Martirosyana istinadən məlumat yayıb

"Martın 10-dan ölkəni böhran vəziyyətindən çıxışına yönəldilmiş itaətsizlik aksiyalarının başlanacağını istisna etmirəm", - deyə "Miras" partiyasının sədri bildirib.

Armen Martirosyanın sözlərinə görə, mitinqin gedişatında çox güman ki, sonrakı planlardan söhbət açılacaq.

O, qeyd edib ki, itaətsizlik Serj Sarkisyanın konkret baş nazir proqramlarına qarşı yox, sistem dəyişikliklərinə yönəldilmiş və daha geniş çağırışa malik olacaq.

Qeyd edək ki, Armen Martirosyanın və digərlərinin daxil olduğu "Ermənistan dövləti naminə" cəbhə Yerevanda "Azadlıq" meydanında mitinq planlaşdırır./report

 

İcmal.Az

RƏYLƏR