Ermənistanda xarici vətəndaşların olduğu avtomobil dərəyə yuvarlanıb

OXUNUB: 659 DÜNYA

Ermənistanda martın 21-də axşam saatlarında xarici vətəndaşların olduğu avtomobil dərəyə düşüb. Hadisə yerli vaxtla təxminən 19:31 radələrində qeydə alınıb. 

 " Mercedec Vito" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində Gürcüstan vətəndaşı olan 1992-ci il təvəllüdlü kişi və 1993-cü il təvəllüdlü qadın xəsarət alıblar. 

Hər iki şəxs İcevan xəstəxanasına çatdırılıblar. Həkimlər onların vəziyyətini qənaətbəxş hesab edir. /report

 

İcmal.Az

RƏYLƏR