Ermənistanın müharibə itkilərinin SAYI AÇIQLANDI

OXUNUB: 361 DÜNYA
Noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyiti aşkar olunub.

Bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ermənistanın itkin düşmüş daha 537 hərbçisinin axtarışı aparılır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

Daha əvvəl Ermənistanın "Politik.am" saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. "Vəziyyəti Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə azı 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt vurğulayıb.

RƏYLƏR