Əsədin telekanalından Türkiyəyə jest: Türk xalqına arxamızı dönməməliyik

OXUNUB: 527 DÜNYA

Suriyada Bəşər Əsad rejiminə məxsus olan telekanaldan Türkiyəyə "Zeytun budağı” əməliyyatı ilə bağlı mesajlar göndərilməyə başlanıb.

Əsədə yaxınlığı ilə tanınan "Enis el Nakkaş” televiziyasından "Suriyadakı böhrandan və savaşdan öncə bölgədəki planımız tərəfləri, yəni, ölkələri birləşdirməyə yönəlmişdi”, - deyə bildirilib.

"Bu, olduqca vacib bir addım idi. Bir tərəfin xətası üzündən, fikrimizcə, zibilliyə atılmamalıdır. Türkiyə ilə hərbi münaqişəyə girilməməli, ya da sərhədləri tamamən bağlayaraq, Türk xalqına arxamızı dönməməliyik”, - deyə vurğulanıb./oxu

İcmal.Az

RƏYLƏR