Əsgərini yorğana büküb üç həftə zorladılar: DƏHŞƏT SAÇAN CİNAYƏT

OXUNUB: 1289 DÜNYA
Ermənistan QHT-lərini ciddi narahat edən məsələ

Ermənistan ordusunun Ağdərədə yerləşən işğal korpuslarından birinə səfərbərlik yolu ilə yanvar ayında çağrılmış əsgərin zorlanması ilə bağlı başlanmış cinayət işi erməni qeyri-hökumət təşkilatlarını (QHT) ciddi narahat edib.

 
Bu barədə "Forrights.am” portalına zorlanmış əsgərin anası danışıb. Qadının dediyinə görə, yanvarın 15-də hərbi hissəyə aparılmış əsgərin anası fevralın 3-də Ağdərəyə oğlunun andiçmə mərasiminə gələrkən vəziyyətdən xəbərdar olub və oğlunun zorlanması ilə bağlı Ermənistan istintaq komitəsinə şikayət edib.

Zorlanmış əsgər anasına danışıb ki, komandir bir gecə onu yorğana bükərək döyüb və 4-5 gündən sonra yenə gecə gələrək zorlayıb. Bundan sonra o, üç həftə ərzində əsgəri 4-5 dəfə, yəni günaşırı zorlayıb. Əsgər anasına yalvararaq onu burdan aparmağı xahiş edib. O dərhal oğlunun başına gələnlərlə bağlı yuxarı instansiya komandirlərə şikayət edib və Ermənistan İstintaq Komitəsinin üçüncü qarnizon istintaqı şöbəsi əsgərə cinsi təcavüzlə bağlı cinayət işi qaldırıb, istintaq nəticəsində əsgərin zorlanma qurbanı olması müəyyən edilir, onu zorlamış kapitan həbs edilib. 

Lakin nədənsə sonradan vəziyyət dəyişib, zorlanmış əsgər Xankəndidə Ermənistan hərbi polisinin nəzarətində saxlanılıb, oğlanı zorlamış kapitan isə həbsdən azad edilərək hərbi xidmətə qaytarılıb. Bunu öyrənən ana Ermənistan müdafiə naziri Vigen Sarkisyana şikayət məktubu yazıb. Eyni zamanda, o, Xənkəndiyə gedərək öyrənib ki, artıq cinayət işinin maddəsi dəyişdirilib və oğluna qarşı yalan ittihama maddəsi ilə bağlı cinayət işi qaldırılıb. Oğlunu döyə-döyə ifadələri dəyişməyə vadar ediblər.

Məsələ ilə maraqlanan "Jurnalistlər insan haqları uğrunda” təşkilatının vəkili Hayarpi Sarkisyan martın 27-də zorlanmış əsgərin hüquqlarının müdafiəsi üçün Xankəndidə Ermənistan hərbi polisinin yerləşdiyi binaya baş çəkib və əsgərin qanunsuz olaraq hərbi polisdə saxlanmasının səbəbləri ilə maraqlanıb. Hayarpi Sarkisyan zorlanma nəticəsində əsgərin dərisində problemlər yarandığını və onun müalicəyə ehtiyacı olduğunu deyib. Qanuna görə, bu əsgər hərbi xidmətdən azad edilməli və müalicəyə göndərilməlidir. Əsgəri zorlamış 28 yaşlı kapitan isə çox əxlaqlı ailədən olduğunu, bu işin başına qəfil gəldiyini iddia edir. /big

İcmal.Az

RƏYLƏR