Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi - FOTO

OXUNUB: 594 SOSİAL
II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.

7News.Az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib.

O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:

"Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”.

Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.

RƏYLƏR