“Eurovision” mahnımız dörd gün sonra təqdim olunacaq

OXUNUB: 667 ŞOU-BİZNES

"Eurovision” təmsilçimiz Aysel Məmmədovanın yarışmada ifa edəcəyi mahnının təqdimat tarixi bəlli olub.

İcmal.Az xəbər verir ki, mahnı 4 mart tarixində yayımlanacaq.

Mahnı seçimində Avropanın müxtəlif ölkələrindən olan 300 nəfərlik qrup iştirak edib. Qrup iştirakçılarına üç mahnı dinlədilib, sonra isə onlardan ifaları bəyənib-bəyənmədikləri soruşulub.

Sözügedən bəstələrin harada istifadə olunacağı barədə isə heç bir məlumat verilməyib.

Qalib gələn mahnı  87% səs toplayıb.

Müsabiqəyə tam gücü ilə hazırlıqlar görən Ayselin artıq "Postcard” çəkilişləri də baş tutub. İfaçı hava şarında təsvir olunacaq. Çəkilişlər Portuqaliyanın qərbində yerləşən Monsaraş şəhərində baş tutub.

İcmal.Az

RƏYLƏR