“Ev duştağlıqında olan "Vüsal 300" qanunsuz hərəkətlərini davam etdirir - həbsxana ona dərs olmadı - İDDİA

OXUNUB: 17 HADİSƏ
Bir müddət əvvəl qanunsuz lizinq fəaliyyətinə görə həbs edilən "Vüsal 300” ləqəbli iş adamı Abbasov Vüsal Şirvan oğlu yenidən qanunsuz fəaliyyətini bərpa edib.

"Azərbaycan Reallığı”na daxil olan məlumata görə, ev dustaqlığına buraxılan "Vüsal 300” bu dəfə yüksək faizlə qanunsuz lizinq işini müxtəlif vasitəçilər vasitəsilə davam etdirir.

Onun nəzarətindəki şəxslər köhnə əlaqələrdən istifadə edərək sosial şəbəkələrdə reklam çarxları ilə qanunsuz biznesi təşkil edirlər.

Qeyd edək ki, Vüsal Abbasov keçən ilin sentyabrında bir neçə nəfərlə birgə qanunsuz lizinq fəaliyyətinə görə həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunmuş və məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilmişdi.

Bir müddət sonra isə məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz edib. Lakin görünən odur ki, "Vüsal 300” yenidən köhnə vərdişlərinə qayıdıb. (Azfakt.com)

"Azərbaycan Reallığı" adı çəkilən şəxsin mövqeyini tanıyır”

RƏYLƏR