Evləri uçdu,küçədə qaldılar-Aidiatlı qrumlar isə görməzdən gəlir - FOTO

OXUNUB: 577 SOSİAL
Gəncənin Cavad küçəsində yaşayan 4 ailə 10-ildən artıqdır kirayələrdə yaşamaq məcburiyyətində qalıb.  Söhbət ondan bu insanların yaşadığı ev 2008-ci ildə uçub. Qısa arayış verək ki, tikili ötən əsrin əvvələrində inşa edilib və Gəncənin bəy evləri adlandırılıb.
Sonralar  tikili ərazidən hərəkət edən iri tonnajlı avtomobillərin hərəkətinə tap gətirməyib və  bir müddət sonra tamami ilə dağllıb. Lakin illər keçsədə bu şəxslərin nə evlərini tikən, var nə də onları mənzillə təmin edən. İlk vaxtlarda bu vətəndaşların kirayə haqqları ödənilsədə sonradan o da kəsilib. Sakinlər deyir ki, hadisə baş verən gündən indiyə kimi Gəncə şəhərində tam 3 İcra Hakimiyyəti başçısı dəyişib. Ancaq heç bir qurum bu günə kimi əhalinin ailələrin problemlərini həll edə bilmir. Artıq qonşu tikililərə də belə çatlar əmələ gəlib. Bu gün sakinlər daha bir problemlə də üz-üzədir. Söhbət ondan gedir ki, burada yaşayan sakinlərin dağılan evlərini yenidən şəxsi vəsaitləri hesabına inşa etdirmək istəyi də reallaşmır. Onlara müxtəlif səbəblər göstərilir. Ərazi isə hasara alınıb. Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən bildirildi ki, hazırda sözügedən problem diqqətdə saxlanılır və bu məsələyə Fövqaladə Hallar Nazirliyi baxır. Yəni tikilinin gələcəyi ilə bağlı rəsmi rəy məhz Fövqaladə Hallar Nazirliyindən verilməlidir.

7News.Az
 




RƏYLƏR