Evlilik təklifinin sonu YANĞINLA BİTDİ - VİDEO

OXUNUB: 707 DÜNYA

Türkiyənin Elazığ bölgəsində gözlənilməz hadisə baş verib.

Sevdiyi qıza evlilik təklifi edən gənc oğlan aldığı "hə” cavabını coşquyla qeyd edərkən yanğın törədib.

O, sevincini havaya fişəng atmaqla bildirib. Ancaq fişənglərdən birinin quru otun üzərində düşməsi yanğına səbəb olub. Yanğınsöndürənlərin və polisin hadisə yerinə gəlməsindən sonra alovun qarşısı alınıb.

Evlilik təklifindən qızın valideynlərinin xəbəri olmadığı üçün gənclərin adları gizli saxlanılır. Yanğına səbəb olan gənc və dostları izahat alınması üçün polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir./publika

İcmal.Az




RƏYLƏR