Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib

OXUNUB: 1013 SİYASƏT

Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib.

İcmal.Az-ın məlumatına görə, Çexiya XİN-in mətbuat katibinin müaviniİrena Valentova Trend-ə bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib: "Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib”.

Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib: "Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir”.

Bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın Yerevandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib.

 

İcmal.Az

RƏYLƏR