Əxlaqsız qadınlar çempionu qarət etdilər - VİDEO - FOTO

OXUNUB: 1480 MARAQLI

Əfsanəvi meksikalı boksçu, 54 yaşlı Xulio Sezar Çaves Karraskonun oğlu, WBC versiyası üzrə sabiq dünya çempionu, 31 yaşlı Xulio Sezar qarət olunub.

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində WBC çempionu titulu uğrunda döyüşdə Saul Alvaresə uduzan Xuan Çaves otelə yollanmışdı.

Otel nömrəsində o, tək olmayıb: 31 yaşlı boksçu "sifariş" etdiyi 3 əxlaqsız qadınla birlikdə idi.

İçib sərxoş olan Çaves yuxuya gedəndən sonra fahişələr onu qarət ediblər və aradan çıxıblar. Həmin qadınlar məşhur boksçunun 40 min dollarlıq "Hublot" qol saatını, mobil telefonrunu və döyüş üçün aldığı 3 milyon dollarlıq bank qəbzini aparıblar.

Boksçunun xanımı Frida Çaves ESPN Deportes-ə verdiyi müsahibəsində ərinin qarət olunmasının təfərrüatlarından danışıb. Onun sözlərinə görə, otelin barında ərinə onun fanatlarından biri yaxınlaşıb: "Həmin adam ərimə və onun dostlarına içkilər sifariş verdi, sonra ərimə fahişələr sifariş verib.

 

Mən qızımız Culiya ilə evə yollandım, ərim isə Londondan olan bu adamla oteldə qaldı. Həmin qadınlar da barda imiş. Onlar otel nömrəsinə qalxıblar, həmin londonlu da orada baş verənlərin videosunu çəkib. Ərimə narkotik maddələr verildiyini də istisna etmirəm".

İnsident Las-Veqasdakı "MGM Grand" kazinosunun otelində baş verib./milli.az

İcmal.Az

ar:


RƏYLƏR