Expressbank Ani Ödənişlər Sisteminə qoşuldu

OXUNUB: 1954 İQTİSADİYYAT BANK
 
Expressbank, Mərkəzi Bank tərəfindən Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində hazırlanmış, həm fiziki, həm də hüquqi şəxslər arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində çalışmasını təmin edən Ani Ödəniş Sisteminə (AÖS) qoşulub. 

Daim rəqəmsallaşma istiqamətində yeni layihələr üzərində çalışan Expressbank hüquqi şəxslər üçün nəzərdə tutulmuş "Expressbank Business” internet bankçılıq xidməti istifadəçilərinə artıq AÖS-də qeydiyyatdan keçməklə sadələşdirilmiş identifikatorlar üzərindən (VÖEN, FİN kod, mobil nömrə, e-mail) köçürmələrini anında həyata keçirmək imkanı yaradır. 

AÖS-də qeydiyyatdan keçmiş fiziki şəxslər də həmçinin Express24 mobil tətbiqi vasitəsi ilə sadələşdirilmiş identifikatorlar üzərindən (FİN kod, mobil nömrə, e-mail) bir neçə saniyə ərzində digər şəxslərin cari və ya kart hesabına köçürmələr edə bilərlər. Express24 mobil tətbiqini https://www.expressbank.az/express24-app  linkinə keçid alaraq yükləmək mümkündür. 

AÖS-ün əsas üstünlüyü köçürmələri yalnız iş günləri və iş saatlarında deyil, günün istənilən vaxtı banka gəlmədən rahat və sürətli icra etmək imkanı, həm də bütün bu əməliyyatların ilkin mərhələdə komissiyasız təklif olunmasıdır.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

RƏYLƏR