Expressbank-dan müştərilərinə daha bir yenilik!

OXUNUB: 993 BANK

Uğur qazanmağın və zəmanənin əsas tələblərindən biri vaxta qənaət etmək, onu düzgün bölüşdürməkdir. Bu səbəbdən hər zaman müştərilərinə xüsusi qayğı və diqqətlə yanaşaraq, onların vaxtına dəyər verərək işlərinin daha rahat getməsi üçün çalışan Expressbank daim yeni texniki imkanlar, innovasiyalar, yeni layihələr üzərində çalışır. 


Bu yeniliklərdən biri kimi Expressbank, daha bir layihəni yekunlaşdıraraq müştərilərinin istifadəsinə təqdim edib. Belə ki, 04.08.2020-ci il tarixindən etibarən, bankın Hüquqi şəxs və Fərdi sahibkar müştəriləri banka gəlmədən xarici SWIFT ödənişlərini "Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə icra edə bilmək imkanı qazanıblar.

Bunun üçün "Expressbank Business”-də qeydiyyatdan keçmiş müştərilər ödəniş məlumatlarını İnternet Bankinqə daxil etdikdən sonra ödənişin əsası olan təsdiqedici sənədləri yükləməli və ödənişi ASAN imza ilə təsdiqləməlidirlər. Tələb olunan sənədlərin əlavə resurslar vasitəsi ilə banka göndərilməsinə artıq ehtiyac qalmır.

Qeyd etmək istərdik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə əməliyyatların sayında 51 % artım müşahidə edilib. Bu da xidmətin rahatlığı və çevikliyi haqqında məlumat verir. Təsadüfi deyil ki, SME Banking Club tərəfindən 2020-ci ilin araşdırmasına əsasən "Expressbank Business” onlayn internet bankçılıq xidməti Azərbaycanda biznes üçün İnternet Bankinq üzrə ilk üçlükdə yer alıb. 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.


 

RƏYLƏR