"ExpressBank"a yerləşdirilən bəzi əmanətlər risk altındadır.
"ExpressBank"a yerləşdirilən dollar əmanətləri riskli əmanət hesab olunur. Belə ki, sözügedən valyuta yerləşdirilən depozitlər "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ƏSF) tərəfindən qorunmur. Çünki, xarici valyutada yerləşdirilən sığortalı əmanətlərin illik faiz dərəcəsi 2.5 faizdir. Bu rəqəm "ExpressBank"da 12 ay üçün 3 faiz, 18 ay üçün 3.1, 24 ay üçün 3.2 faiz təşkil edir. Buna görə də bu əmanətlər dövlət qurumu tərəfindən heç bir halda sığortalanmır./Kommersant.az