Fatih Sultan Mehmetin təsvir olunduğu medalyon bu qiymətə SATILDI

OXUNUB: 249 Özəl
İstanbulun fəthi ilə yeni dövr açan Fateh Mehmetin təsvir olunduğu medalyon Christie's Hərrac Evi tərəfindən keçirilən hərracda 38 min funt sterlinqə (təxminən 821 min türk lirəsi) satılıb.

7NEWS.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda Christie's Hərrac Evinin təşkil etdiyi "İslam və Hindistan Dünyası İncəsənəti, Şərq kilimləri və xalçaları" hərracında Fatih Sultan Mehmetin təsvir olunduğu medalyon hərraca çıxarılıb. İtalyan rəssam Konstanzo da Ferraranın 1481-ci ildə Neapolda tökdüyü medalyon 38 min funt sterlinqə (təxminən 821 min türk lirəsinə) satılıb.

RƏYLƏR