AzNar MMC-nin rəhbəri Fərhad Əhmədov İsmayıllı sakinlərini işlə təmin edib, ödəniş etməyib
Kürdmaşı sakini Eşqin Nəcəflinin mövqeyiİsmayıllı rayonunun Kürdmaşı kəndində bir qrup sakin iddia edir ki, AzNar MMC-nin rəhbəri Fərhad Əhmədov onları işlə təmin edib, lakin əmək haqqı ödəməyib. Sakinlər bir müddətdir ki, bu məsələnin həllini gözləyirlər və hüquqlarının qorunmadığını bildirirlər.Kürdmaşı kənd sakini Eşqin Nəcəfli müsahibəsində deyib ki, atasına məxsus borcu tələb etdikdə Fərhad Əhmədov ona WhatsApp üzərindən səs göndərib. "Sakinlərin haqlı tələblərinin diqqətə alınması və onların hüquqlarının qorunması vacibdir,” – Eşqin Nəcəfli əlavə edib. Həmin səs yazısını oxucularımız üçün təqdim edirik.
Qarşı tərəf isə mövqe verməkdən yayınır. Məsələni araşdıranlar bildirir ki, bu, rəhbər vəzifələrinə təyin edilən şəxslərin tez-tez dəyişdirilməsi ilə bağlıdır. Belə hallarda yeni təyin olunan rəhbərlər məsuliyyətdən yayınır və problemi əvvəlki rəhbərin üzərinə atırlar.Hadisənin gedişatı və aidiyyəti qurumların reaksiyası hələ məlum deyil. Sakinlər isə ödənişlərinin vaxtında həyata keçirilməsini gözləyirlər.























