"Forbes" bu il milyardlar qazananların adlarını açıqladı

OXUNUB: 669 İQTİSADİYYAT

"Forbes” 2017-ci ildə kapitalını sürətlə artıran milyarderlərin siyahısını açıqlayıb. 

İcmal.Az xəbər verir ki, siyahının birincisi "Amazon”nun rəhbəri Ceff Bezos olub. Onun aktivlərinin dəyəri 33,8 milyard dollar artaraq 98 milyard dollara yüksəlib. 

İkinci yerdə "Evergrande Group”un rəhbəri Syuy Tsyain qərarlaşıb. Aktivlərinin dəyəri 27,4 milyard dollar artaraq 36,5 milyard dollar olub. 

Üçüncü sırdada "Louis Vuitton”nun rəhbəri Bernar Arno gəlir. Onun sərvəti bir ildə 23,6 milyard dollar artaraq 40,3 milyard dollar təşkil edib. 

Qeyd edək ki, ilk onluğa Hindistanın metallurgiya maqnatı Mukeş Ambani, Karlos Slim, Larri Elson da daxil edilib. 

İcmal.Az


RƏYLƏR