Fuad Hacıyev inşaat sektorundan idman invertarları alır

OXUNUB: 1 İQTİSADİYYAT
Azərbaycan İdman Akademiaysı "Texnopark AS" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Akademiya şirkətdən idman invertartları alacaq. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 153 234,8 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında göstərilir ki, "Texnopark AS” MMC-nin 7 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 86, mənzil 117-də yeləşən şirkətin qanuni təmsilçisi Gülməmmədov Ayxan Şakir oğludur. 

Açıq mənbələrdə Ayxan Gülməmmədov haqqında heç bir məlumat yoxdur. 

"Texnopark AS” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət əsasən inşaat sektorunda fəaliyyət göstərir. 

Bundan başqa, şirkət müxtəlif məhsulları satır ki, buraya armatur, otsep, qum, çınqıl, mişar daşı, kərpic, generator və kompressorlar, drenaj borusu, əl alətləri, inşaat mismarı və məftil, ağac, gül və qazon daxildir. 

Dövlət satınalmaları üzərində apardığımız araşdırmalardan məlum olur ki, şirkətin qazandığı tenderlər əsasən inşaat sferası ilə bağlı olur. 
Bu baxımdan, İdman Akademiyasının şirkətdən idman invertarları alması müəyyən suallar doğurur. 

Yeri gəlmişən, araşdırmalarımız zamanı məlum olub ki, Akademiya ilə şirkət arasında 2022-2025-ci illərdə 6 satınalma müqaviləsi imzalanıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 203 349,73 manatdır. 

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyevdir. O, 2015-ci ildən bu vəzifədədir. 

RƏYLƏR