Fuad Muradova çətin sual: "Niyə dövlətin pulu havaya sovrulur?"

OXUNUB: 329 index-manşet SİYASƏT
7NEWS.az xəbər verir ki, bu sözləri araşdırmaçı-jurnalist Məhəmmədəli Qəribli diaspor nümayəndələrinin son səfərini şərh edərkən deyib: "İşğaldan azad edilən rayonlara dövlət hesabına təşkil edilən səfərlərlə bağlı mütləq  hesabatlıq olmalıdır. Diaspor nümayəndələrinin Şuşaya səfərini izlədim. Səhv etmirəmsə Fuad Muradov iki belə səfər təşkil edib. 

Həmin səfərdə iştirak edənlərin böyük əksəriyyətinin profillərini incələdim. Təmsil olunduqları ölkənin hansısa saytına, televiziyasına səfərlə bağlı bir dənə də olsun müsahibə verməyiblər. Çəkdirdikləri fotoları yalnız şəxsi profillərində paylaşmaqla kifayətləniblər. Əksəriyyəti heç bunu da etməyib. 

Əgər bu adamların yaşadıqları ölkələrin ictimai rəyinə təsiri yoxdursa, onda niyə mənim boğazımdan kəsib verdiyim vergi hesabına həmin adamlara turist səfəri təşkil edilməlidir? Səfərdə daha çox Türkiyədə yaşayan soydaşlarımızın iştirakını gördük. 

Azərbaycan həqiqətləri Türkiyədə onsuz da gözəl və hətta deyərdim ki, lazım olandan da yuxarı səviyyədə təbliğ edilirsə, orada yaşayan soydaşlarımızı avtobuslara doldurub Şuşanı gəzdirməyə nə lüzum var? 

Həmin xərclə daha effektiv nəticələr əldə etmək olardı. Məni düz başa düşün, kiminləsə bağlı şəxsi prinsipə əsaslanıb bunu yazmıram. İstəyim budur ki, dövlətin vəsaiti havaya sovrulmasın, effektiv nəticə əldə olunsun. Bu, bir çox  QHT-lərin Türkiyədə icra etdiyi layihələrə bənzədi. 

Güya Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq adı ilə layihə icra edirlər. Gedib Türkiyədə oxuyan bir neçə azərbaycanlı tələbəni yığıb zala onlarla söhbət edib, şəkil çəkdirirlər və bununla da işlərini bitmiş sayırlar. Belə səfərlər görüntü yaratmaq və büdcədən pul silmək məqsədilə olmamalıdır." 

7NEWS.az

RƏYLƏR