Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul General Əlağa Şıxlinski adına 135 nömrəli məktəbin "Fəxri Məzunu” seçilib.
"Fəxri məzun adına layiq görülməyim mənim üçün dərin mənəvi dəyər daşıyır.
Bu təltifin arxasında mənə elm, bilik və tərbiyə verən, həyatda düzgün yol seçməyimə, dəyərlərə sadiq qalmağıma ilham verən müəllimlərimin zəhməti dayanır.
Bu münasibətlə məktəb rəhbərliyinə, bütün müəllim kollektivinə və məzunlar birliyinə səmimi təşəkkürümü bildirirəm. Sizlərin verdiyi tərbiyə, vətənpərvərlik ruhu və insani dəyərlər bu gün mənim fəaliyyətimin əsasını təşkil edir.
Bu mükafat yalnız mənim deyil, bütün müəllimlərimin, məzun yoldaşlarımın və cəmiyyətə fayda verməyə çalışan gənclərimizin ortaq uğurudur.
Mənim üçün "Fəxri Məzun” adı doğma məktəbimin mənə bəxş etdiyi ən qiymətli miras və gələcək nəsillərə bir məsuliyyət çağırışıdır.”
"Bir daha bütün müəllimlərimə – həyatımda iz qoyan, insanlığı və vətənə xidməti öyrədən dəyərli ustadlarıma sonsuz təşəkkür edirəm.”





















