Bu gün "Səhər-Səhər" verilişində Elgizin qonağı olan Xatun səmimi açıqlamalı ilə diqqət çəkib.
Aparıcı müğənni qonağına keçmişi ilə bağlı danışarkən səmimi olduğu üçün təşəkkür edib.
Xatun əvəzində "Elə bir qaranlıq keçmişim yoxdur. Mən hər zaman ayıq başda oluram. Özümdə, sözümdə olan insanam. Gecə həyatım yoxdur" deyib.
Elgiz Xatundan "Gecə həyatı" dedikdə nə başa düşdüyünü soruşub.
Müğənninin cavabını təqdim edirik:
"İnsan var ki, gecə saat 3-4-də evə gəlir. Ən bahalı klublar ki, var ha... İnanın ki, mən nə o klubun üzün görmüşəm, nə də qapısından içəri girmişəm. Hətta mənə irad tuturlar ki, "Sən flan klubda olmamısan?""/milli
İcmal.Az