Bayram günü sevdiyi insanı məzarında ziyarət edən xanımın söxləri eşidənlərin ürəyini dağlayıb. O, şəhidimizin məzar daşını qucaqlayaraq kədərini bu sözlərlə ifadə edib:
"Sənsiz keçirtdiyim neçə bayram, neçə ad günü oldu. Artıq saymaqda çətinlik çəkirəm...Halbuki əvvəllər bütün bayramları, ad günümü bir yerdə keçirdərdik. Heç kim də gəlməsə, sən həmişə mənim yanımda olardın...2 ildir ki, sənsizəm mən...Qayıt ömrümə yenidən, qayıt ki, o xoşbəxt, sevinc dolu günlərim geri qayıtsın...
Gülüm deyirdin mənə, amma artıq gülün solub sənin. Sənin nəfəsin gülün ləçəyini açdı, amma sənin gedişin ləçəklərin tökülməyinə səbəb oldu. Bir yarpaq ağacdan ayrılan kimi ayrıldıq. Sən mənim üçün qollu budaqlı ağac idin, sənin budağına sığınıb qorunurdum amma bəs indi kimə söykənim, əzizim?
Gedəndə son sözün "ağlama əzizim" oldu, amma necə ağlamayım, göz yaşım mənim səhərim, gecəm olub artıq. Qəlbim qan ağlayır. Yoxluğun çox yorur sızlayan ürəyimi. Gözümün yaşı imkan vermir ürəyimi yazılarla boşaldım. Mənim nur üzlü Şəhidim. Allah sənə rəhmət eləsin. Rahat yat şəhidim".
Xatırladaq ki, 26 yaşlı zabit Tərtərdə yerləşən təmas xəttində düşmənin təxribat-diversiya cəhdinin qarşısını alarkən şəhid olub.
O, aprelin 5-də doğulduğu Salyan rayonu Xalac kəndində torpağa tapşırılıb./big
İcmal.Az