Gəlin bir zəngə görə TOYDAN GETDİ - FOTO

OXUNUB: 1293 MARAQLI

Gəlin xəstəsinin bir sözü ilə öz toyundan qaçaraq onun yanına gedib.

Xəstəxanada tibb bacısı kimi çalışan 28 yaşlı Jasmin Dominqes öz toyunu yarıda qoyaraq xəstəsinin iynəsini vurmağa gedib. Hadisə Meksikanın Tabasko ştatında qeydə alınıb.

Gəlin paltarında xəstəsinin yanına qaçan Jasmin dünya mediasının diqqətini çəkib. Mətbuata açıqlama verən tibb bacısı qeyd edib ki, mən tibb işçisiyəm və mənim vəzifəm hər zaman insanların sağlamlığının qeydinə qalmaqdır:

"O xəstə şəkərli diabetdən əziyyət çəkir. Onun iynələrini həmişə mən vurmuşam. Və toy ərəfəsində də olsam, getdim, çünki onun köməyə ehtiyacı var idi".

Jasmin keşişin andiçmə mərasiminə "hə" cavabı verərək kilsədən qaçıb. Onu gəlin paltarında görən xəstə isə ona qarşı göstərilən diqqət və qayğıdan kövrəlib./publika

İcmal.Az

RƏYLƏR